Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Qubada Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi açılıb

 

Sentyabrın 4-də Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksində Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "Mədəd Azərbaycan" təşkilatı və Azərbaycan ABŞ Təhsilli Məzunlar Assosiasiyası tərəfindən təşkil olunmuş Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbinin açılış mərasimi keçirilib.

Sentyabrın 13-dək davam edəcək Yay Məktəbinin təşkilində əsas məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.

Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.

Müsabiqə yolu ilə seçilmiş Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının və xarici ölkə universitetlərinin məzunları, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət qurmaq bacarıqlarına malik olan gənclərdən ibarətdir.

Yay Məktəbində bir sıra universitet nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, ölkənin ictimaiyyət xadimləri, biznes və media strukturlarının nümayəndələri və bir çox digər mütəxəssislər təlimçi və spiker qismində iştirak edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov