Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 
15 SENTYABR BİLİK GÜNÜDÜR

Bu il 138 min uşaq birinci siniflərə gedəcək

 

Böyütmək üçün şəkili seçinSentyabrın 15-də ölkəmizdə bütün təhsil pillələri üzrə tədris ocaqları yenidən öz qapılarını şagirdlərin, tələbələrin, müəllimlərin üzünə açacaq, sinif otaqlarında, auditoriyalarda dərslər başlanacaqdır.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, bu il  138 min uşağın ilk dəfə əlinə çanta alıb birinci siniflərə qədəm qoyacağı gözlənilir, 271 adda  7,8 milyon nüsxə yeni dərslik çap olunub.

Yeni dərs ilinə hazırlıq işləri çərçivəsində bir sıra tədbirlər həyata keçirilib, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində uğurlu addımlar atılıb. Nəticədə Bakı şəhərində və rayonlarda onlarca yeni məktəb binası tikilib, yüzlərlə mövcud məktəbdə əsaslı təmir işləri aparılıb.

Bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas məktəblərinə 1692 nəfər müəllim işə qəbul olunub ki, bu da ötən il işə qəbul olunanlardan 411 nəfər çoxdur. İşə yeni qəbul olunan müəllimlərdən 1405 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Ölkəmizin çoxminli təhsil işçiləri yeni dərs ilinə ötən tədris ilində əldə etdikləri bir sıra uğurlarla, təhsil sistemində aydın, düşünülmüş proqramla həyata keçirilən islahatları daha qətiyyətlə davam etdirmək əzmi ilə gəlirlər.

Yeni dərs ilinin başlanması - "Bilik günü" münasibəti ilə  bütün təhsilalanları və təhsilverənləri təbrik edir, onlara təhsillərində və işlərində uğurlar arzulayırıq.  

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov