Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Bağçada andiçmə mərasimi

 

Böyütmək üçün şəkili seçin2010-cu ildə açılmış və artıq bir neçə ildir ki, "Məktəbəqədər təhsil proqramı (kurikulumu)" əsasında fəaliyyət göstərən ingilis dilli "Mickeys House" məktəbəqədər təhsil müəssisəsi yeni dərs ilinə start verib.

Bu münasibətlə bağçada andiçmə mərasimi keçirilib. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları" ilə yaxından tanış olan  müəssisənin pedaqoji kollektiv üzvləri "Müəllim andı" içiblər. Təntənəli şəraitdə, Azərbaycan Respublikasının Dövlət bayrağı altında, Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla keçirilən andiçmə mərasimində tərbiyəçi-müəllimlər ölkəmizin Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacaqlarına, keyfiyyətli təhsil xidməti göstərəcəklərinə, peşəkar fəaliyyət zamanı qeyri-etik  davranışın hər hansı bir formasına yol verməyəcəklərinə, həmkarları, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracaqlarına, müəllim adını və şərəfini uca tutacaqlarına and içiblər.

Bu tanınmış məktəbəqədər təhsil müəssisəsinin kollektivi, həmçinin, yeni dərs ilində də ənənəvi "təhsilalanların hərtərəfli inkişafını təmin etmək", "sağlam qida rejimi", "gigiyenik, ekoloji təmiz, beynəlxalq standartlara cavab verən tədris vəsaitləri" və s. kimi hədəflərə və qaydalara əməl edəcəklərinə söz veriblər. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov