Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Azərbaycan Texniki Universiteti Türkiyənin beş ali məktəbi ilə əməkdaşlığa başlayıb

 

Azərbaycan Texniki Universiteti  Türkiyənin beş  ali məktəbi ilə "Mövlanə" Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa başlayıb.  Universitetin mətbuat xidmətindən aldığımız məlumatda  bildirilir ki,   bir qrup tələbə bu il təhsilini Türkiyənin nüfuzlu ali məktəblərində davam etdirəcək.

Türkiyənin ali təhsil qurumları ilə dünyanın digər ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən "Mövlanə" Mübadilə Proqramına (Mevlana Değişim Programı) uyğun olaraq AzTU-nun tələbələrinə qardaş ölkədə təhsil almaq imkanı yaradılıb. Eyni zamanda, Türkiyə universitetlərinin tələbə və müəllimləri də bu proqram çərçivəsində ölkəmizdə təhsil almaq və tədris prosesində iştirak etmək hüququ əldə ediblər.

Proqrama qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müqavilələr imzalanıb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov