Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

"Bilik kuboku" uğrunda breyn-rinq yarışlarının növbəti oyunu keçirilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 14-də "Baku Crystal Hall"da Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq yarışlarının növbəti - ikinci seçim oyunu keçirilib. Xatırladaq ki, "AzTV" kanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir.

Öncə 4-cü mövsümün ikinci seçim oyununun keçirildiyini diqqətə çatdıran aparıcı DJ Fateh oyunların keçirilmə qaydasını xatırladıb və bu intellektual yarışmaya dəstək verən Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, "Nar Mobile" şirkətinə minnətdarlığını bildirib. Aparıcı habelə oyunun yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə "Baku Crystal Hall"un rəhbərliyi və əməkdaşlarına təşəkkür edib.

Aparıcı oyunların müstəqil hakimləri olan Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevi və "Nar Mobile" şirkətinin ictimaiyyətlə əlaqələr  və korporativ ünsiyyət şöbəsinin müdiri Nigar Arpadaraini təqdim edib. Bildirilib ki, "Bilik kuboku"nun qalibi Təhsil Nazirliyi tərəfindən elektron kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.

Sonra sentyabr ayının ikinci seçim oyunu keçirilib.

İlk seçim görüşündə "Kapital Bank" və "Qafqaz Universiteti" komandaları qarşılaşıb. "Kapital Bank" rəqibinə 5-4 hesabı ilə qalib gəlib.

İkinci seçim görüşü "Orion" və "Romantik" komandaları  arasında  olub.  Gərgin keçən bu mübarizə "Orion"un üstünlüyü ilə başa çatıb: 5-3.

Sonrakı iki final qarşılaşması "Orion" və "Kapital Bank" komandaları arasında baş tutub.  İlk qarşılaşmada "Orion" (5-4), ikincidə isə "Kapital Bank" (0-5) qalib gəlib. Ümumi hesab bərabər olduğundan sentyabr ayının  ikinci finalçısını müəyyənləşdirmək üçün komandalara həlledici sual verilib. Bu sualı daha tez və düzgün cavablandıran "Kapital Bank" komandası qalib gəlib və sentyabr ayının finalında oynamaq hüququ qazanıb. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov