Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

"ADA" Universitetinin professor və tələbə heyəti şərəf andı içib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 15-də "ADA" Universitetinin professor və tələbə heyətinin şərəf andı içməsi mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir "ADA" Universitetində təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbirdə "ADA" Universitetinin tələbələri tərəfindən hazırlanan video nümayiş etdirilib. Daha sonra bu il universitetin həm bakalavr pilləsinə, həm də magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti şərəf andı içiblər. Onlar "ADA" Universitetinin rektoru Hafiz Paşayev və dekanlar tərəfindən "İnam rəmzi" hesab edilən "ADA" medalları ilə təltif olunublar.

Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının içilməsi 2010-cu ildən etibarən yeni akademik ilin əvvəlində "ADA" Universitetində keçirilən ənənəvi mərasimdir. Hər il qeyd olunan bu akademik tədbir zamanı tələbələr "ADA" Universitetinin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını imzalamaq şansı əldə edirlər.

Şərəf Kodeksini imzalamaqla "ADA" Universitetinin yeni tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.

Bu il "ADA" Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavr, 129-u magistratura proqramlarına daxil olub. Bu il universitetdə eyni zamanda mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Tədbir "ADA" Universitetinin rektoru Hafiz Paşayevin nitqi və bu ali təhsil ocağının himninin səsləndirilməsi ilə başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov