Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Azərbaycan Dillər Universitetinin rektoru tələbələrlə görüşüb

 

Böyütmək üçün şəkili seçinSentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bilik Günü" münasibətilə  rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatları Məlahət Həsənova, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, universitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

ADU-nun akt zalında keçirilən tədbirdə professor Səməd Seyidov yeni tədris ili  münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edib, universitetə yeni qəbul olunan tələbələrə uğurlar arzulayıb. Rektor ümummilli lider Heydər Əliyevin layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan təhsil sisteminin inkişaf etdiyini, ADU-nun timsalında ölkəmizin ali təhsil müəssisələrində yüksək səviyyədə mütəxəssislər hazırlandığını, azərbaycanlı gənclərin təhsillərini davam etdirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərildiyini söyləyib. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirib ki, bu gün Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dilləri tədris olunur, 6000-dən çox tələbə təhsil alır.

Azərbaycan Dillər Universitetində yeniləşmiş, dünyanın ən müasir texnologiyalarını özündə ehtiva edən Cənubi Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin (İRK), o cümlədən İRK-nın Amerika Mərkəzinin yüksək səviyyəli təmirdən sonra yenidən istifadəyə verildiyini və kompleksdə tələbələrin təhsili üçün hər cür şəraitin yaradıldığını bildirən rektor gəncləri universitetdə çalışan peşəkar müəllimlərin biliklərindən yararlanmağa, fəal olmağa, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə səsləyib.

ADU-nun pedaqoji fakültəsinə 677 balla qəbul olan Gülşən Heydərova çıxış edərək arzuladığı universitetin tələbəsi adını qazanmaqdan sevinc hissi keçirdiyini bildirib, tələbələri təbrik edib.

Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş Nərmin İsmayılova yeni qəbul olmuş tələbələri təbrik edib, ölkənin ən aparıcı və ilklərə imza atmış universitetinin tələbəsi olmağın qürurverici bir hiss olduğunu bildirib.

661 balla tərcümə fakültəsinin tələbəsi adını qazanan Şahanə Məmmədlinin atası Elçin Məmmədli çıxış edərək universitetdə yaradılan şəraitdən razılığını ifadə edib və övladının ADU-da təhsil alması ilə fəxr etdiyini deyib.

Milli Məclisin deputatı Məlahət Həsənova gənclərə yaradılan imkanlardan istifadə etməyi tövsiyə edib, bu universitetin dünyaya, dünyadan isə ölkəmizə bir pəncərə rolu oynadığını vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təbrik çıxışında Azərbaycanda və ADU-da gedən inkişafı yüksək qiymətləndirib.

Milli Məclisin deputatları, professor Asim Mollazadə, Cavanşir Feyziyev tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.

Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olunub.

Görüş ADU-nun himninin səslənməsi ilə başa çatıb. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov