Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Akademik Kamal Abdullayev Şamaxı məktəbində mühazirə oxuyub

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr - "Bilik Günü" münasibətilə tanınmış alimlərin bölgələrdə mühazirələrini təşkil edib.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev "İlboyu bilik" proqramı çərçivəsində Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbində ikinci dərsi aparıb.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, müavinlər Qasım Qasımov, Gülnisə Ələkbərova, təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon ziyalıları, müəllim və şagirdlər iştirak ediblər.

Akademik Kamal Abdullayevin mühazirəsi məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ziyalıların böyük marağına səbəb olub.

Azərbaycanın bugünkü tərəqqi yolundan danışan dövlət müşaviri ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz açıb.

Sonda məktəblilərin suallarını cavablandıran K.Abdullayev onlara maraqlı kitablar hədiyyə edib.

Məktəbin direktoru, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova müəllim və şagirdlər adından məktəblilərə göstərdiyi diqqət və qayğıya, eyni zamanda, dolğun mühazirəyə görə akademik Kamal Abdullayevə təşəkkürünü bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov