Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Liseyin 1-ci sinif  şagirdi "Ən yaxşı səs" nominasiyasının qalibidir

 

Böyütmək üçün şəkili seçin"Lake Pearls" (Ezerskie Biserı) musiqi  festivalında ölkəmizi 6 yaşlı Selcan Museyibova təmsil edib.

Selcan Müseyibova  2008-ci ildə Bakıda doğulub. Heydər Əliyev adına liseyin 1-ci "a" sinfində təhsil alır. Sentyabrın 15-də "Bilik Günü"ndə o, bəlkə də hamıdan çox  məktəbə  tələsirdi. Çünki məhz həmin gün öz müəlliminə  rəngli boyalarla çəkdiyi rəsmləri göstərəcək,   öyrəndiyi nağılları, tapmacaları, Xəzər televiziya kanalında yayımlanan "Bizim gün"  verilişindəki çıxışlarını, uğurlarını müəlliminə söyləyəcəkdi.

...Məktəbin həyətində böyük izdiham var idi.  Hər kəsin  əlində gül dəstələri ilk zəngin  çalınmasını gözləyirdi. Selcan da balacaların arasında  idi. Nəhayət, səbirsizliklə gözlənilən an yetişdi və zəng çalındı. Sevincindən nə edəcəyini bilməyən qızcığaz uşaqlara qoşulub məktəbə daxil oldu. Bəli, bu gün müəllimi onu doyunca dinləyəcək, qazandığı uğurlarla tanış olacaqdı. Biləcəkdi ki, Makedoniyanın  Struqa şəhərində keçirilən  İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta, İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçinin  qatıldığı müsabiqədə  ölkəmizi  6 yaşlı Selcan Museyibova təmsil edib. O, 10 gün davam edən festival günlərində 2 dəfə səhnəyə çıxaraq kiçikyaşlı iştirakçılar arasında " Ən yaxşı səs" nominasiyasına layiq görülüb.  Eyni zamanda o, ötən il Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music" festivalına ilk dəfə qatılaraq Azərbaycanı təmsil edib.

Özünə güvənən qızcığaz bu gün ömrünün nağıllı günlərini daha rəngarəng  edəcək bir dünyaya qovuşdu, məktəb dünyasına.                      

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov