Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr  2014 - №36

 
"Bilik Günü"ndə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub

158 nömrəli tam orta məktəbdə "Bilik Günü"

 

Böyütmək üçün şəkili seçinÖlkəmizin  hər yerində olduğu kimi,  Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə  də 15 sentyabr - "Bilik Günü" böyük  təmtəraqla qeyd olunub.   Tədbiri açan məktəbin direktori Zemfira  Səmədova  çıxış edərək  "Bilik Günü" münasibəti ilə  bütün  şagirdlərə,  xüsusən bu il  məktəb həyatına qədəm qoyan birincilərə, onların  valideynlərinə təbriklərini çatdırıb.  Əsası  ümummilli  lider  Heydər Əliyev tərəfindən qoyulmuş  milli təhsil siyasətinin  bu gün  möhtərəm  Prezident İlham Əliyev tərəfindən uğurla davam  etdirildiyini  bildirən natiq Heydər  Əliyev Fondunun dəstəyi ilə   2005-ci ildən başlayaraq   "Yeniləşən Azərbaycana  yeni məktəb"  layihəsi çərçivəsində 2 min 700  müasir  tələblərə  cavab verən   yeni məktəb  binalarının inşa  və  ya təmir olunaraq  istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib.

Ötən tədris  ilinin ilk günündə əsaslı  təmir və yenidənqurma  işlərindən sonra  158 nömrəli məktəbin açılışında  dövlət  başçısı  İlham  Əliyevin və  Heydər Əliyev Fondunun prezidenti Mehriban  Əliyevanın  iştirak  etməsini  xatırladan Z.Səmədova qeyd edib ki,  ölkə rəhbərliyi tərəfindən təhsilə olan bu diqqət və qayğı müəllimlərimizi xeyli ruhlandırıb.   Məzunların  builki uğurlarından danışan  direktor  ötən  tədris ilində məktəbi  başa  vuraraq TQDK imtahanlarında iştirak etmiş 140 məzundan 99-nun (71 faiz)  ölkənin ali məktəblərinə qəbul olunduğunu diqqətə çatdırıb.  Bilik  günü münasibəti  ilə  bütün  şagirdləri  və  pedaqoji  kollektiv  üzvlərini  bir daha təbrik edən Z.Səmədova yeni dərs ilində şagirdlərə daha səylə oxumağı, vətənpərvər ruhda  böyüməyi  tövsiyə edib.

Sonra Yasamal  Rayon  İcra Hakimiyyətinin nümayəndəsi Elşən  Mustafayev,  məktəbin ibtidai sinif müəllimi Zəmləkət Zamanova,  məktəbin müəllimlərindən Xatirə Əsgərova yeni tədris ilinin başlanması  münasibətilə  məktəbliləri təbrik edərək  onlara qarşıdan gələn yeni dərs ilində uğurlar arzulayıblar.  Məktəbin şagirdləri müqəddəs  müəllimlk peşəsinə həsr olunmuş şeirlər səsləndiriblər. 

Daha  sonra Azərbaycan  Respublikasının  Dövlət himninin sədaları altında Dövlət bayrağı meydana gətirilib.   "Məktəb illəri" mahnısının  ifası ilə şagirdlər növbə ilə sinif otaqlarına daxil olublar.  Məktəbdə yeni dərs ilinə start verilib.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov