Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Professor Həmid Vəliyevin tərcüməsində amerikalı mütəxəssisin əsəri çap olunub

 

Böyütmək üçün şəkili seçinBakı  Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin tərcüməsində  natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" adlı əsəri çapdan çıxıb.

Azərbaycan oxucusuna təqdim olunan bu əsərdə işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu kitabın 2-ci nəşridir. İlk nəşr də professor Həmid Vəliyevin tərcüməsində 1993-cü ildə kütləvi tirajla işıq üzü görüb və oxucular arasında böyük rəğbətlə qarşılanıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov