Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr Ay 2014 - №36

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Allianz Consult"
MMC və "GİZ" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının
və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların "Liderlik və İdarəetmə" adlı təlimdə iştirakı üçün müsabiqə
elan edir

 

Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.  

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. 

Təlimlərin müddəti: noyabr - yanvar 2015  

Təlimdə əhatə ediləcək mövzular: 

*  Təhsildə liderlik və idarəetmə

*  Məktəbin idarə edilməsi (PTT yönümlü)

*  Kurikulumun dizaynı və idarə edilməsi

*  Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab)

*  Marketinq

*  Maliyyə idarəetməsi

*  Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi   

Müsabiqədə iştirak üçün minimum tələblər: 

*  Ümumi idarəetmə, təhsilin idarə olunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqogika sahələrində tam ali təhsil;

*  5 illik iş təcrübəsi;

*  Azərbaycan dilini mükəmməl bilmək;

*  Microsoft Office proqramlarını bilmək.  

Namizədlərdən gözlənilən digər keyfiyyətlər: 

*  Liderlik bacarığı

*  Yüksək motivasiyalılıq

*  Səmərəli qərar qəbul etmə bacarığı

*  Nəticəyönümlülük

*  Xarici dili bilmək  

Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 30 sentyabr 2014  

Seçim qaydaları: 

*  Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;

*  Test üzrə ikinci seçim mərhələsi;

*  Müsahibə üzrə üçüncü seçim mərhələsi;

*  Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələsi;

*  Tapşırıq üzrə beşinci seçim mərhələsi.  

Yekun qiymətləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar. 

Allianz Consult MMC

AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3,

Sapphire Plaza, 6-cı mərtəbə 

Əlaqə telefonları:

(99 412) 404 99 15; Faks: (99 412) 404 99 16 

E-poçt: [email protected]

 

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov