Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

"Ədəbiyyatda və sənətdə neft faktoru" mövzusunda elmi konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasındakı  Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin  20 illik yubileyinə həsr edilmiş "Ədəbiyyatda və sənətdə neft faktoru" mövzusunda elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə foyedə Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuş, ölkəmizin uğurlu neft siyasətini əks etdirən çeşidli elmi və bədii kitab sərgisi ilə tanış olub.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatının neft dünyası" mövzusunda giriş sözü ilə çıxış edib. Bildirilib ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Əsrin nəhəng neft müqaviləsinin bağlanması da bu siyasətin mühüm tərkib hissəsi kimi meydana çıxmışdır. Qeyd edilib ki, elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edilərək yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olmuşdur ki, bu gün də ölkə Prezidenti kimi həmin strateji xətti uğurla davam etdirir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Azərbaycan Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxış edərək 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında "Əsrin müqaviləsi"nin imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndiriblər.

Tədbir boyu Azərbaycanda neft sənayesinin tarixi inkişafını əks etdirən slaydlar nümayiş etdirilib.

Elmi konfransda Azərbaycan elmi ictimaiyyətinin, kütləvi informasiya vasitələri və elektron medianın bir sıra nümayəndələri iştirak edib. 

A.ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov