Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Yeniyetmələrin iştirakı ilə veloyürüş keçirilib

 

 Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində veloyürüş keçirilib.  Tədbir rayon icra hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə baş tutub.

Veloyürüşün qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisində AF otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün konsert proqramı təşkil olunub.

Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür. Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatıb.

Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov