Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
"Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması" təliminə iştirakçı qəbulu elan edir

 

Təlim haqqında qısa məlumat: 

Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014

Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi

Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.

İştirakçıların sayı: 30 nəfər

Təlim dili: Azərbaycan dili 

İştirakçıya qoyulan tələblər: 

- Ali pedaqoji təhsil;

- Pedaqoji iş təcrübəsi (ən azı 2 il);

- Azərbaycan dilində sərbəst danışma, oxuyub-anlama bacarığı;

- Ünsiyyətcil, təşəbbüskar;

- Məsuliyyətli;

- Əməkdaşlıq bacarığı;

- Fasilitasiya bacarığı. 

Arzu olunandır:

- Hazırda müəllim olaraq çalışan;

- Respublikanın bölgələrinə getmə imkanı olan;

- Mütaliə vərdişi olan;

- Təlimçi kimi fəaliyyət göstərən. 

Əlaqə 

Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək [email protected] elektron poçt ünvanına göndərməlidir.

 Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il

 Ətraflı məlumat üçün - www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov