Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə  elan edir

 

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir.

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

 Təlimlərin müddəti:

   Təlimlər  20 oktyabr  2014-cü il - 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək. 

Təlimdə əhatə ediləcək modullar:  

* Planlaşdırma

* Statistika-Məlumatların toplanılması və təhlili

* İdarəetmə və təşkilatçılıq

* Keyfiyyətli təhsil və təlim-tədris keyfiyyətinə nəzarət

* Liderlik

* Qanunvericilik

 Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.

 Müsabiqədə iştirak üçün minimum tələblər: 

* Ali pedaqoji təhsil

* Məktəb direktoru və ya direktor müavini kimi ən azı 2 (iki) il pedaqoji iş təcrübəsi 

Namizədlərdən gözlənilən digər keyfiyyətlər: 

* Liderlik bacarığı

* Yüksək motivasiyalılıq

* Səmərəli qərar qəbuletmə bacarığı

* Nəticəyönümlülük

* İKT-dən istifadə bacarığı 

Müraciət qaydaları:  

Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. 

Müraciət üçün son tarix: 07 oktyabr 2014-cü il, saat 17:00 

Seçim qaydaları: 

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur. 

Yekun qiymətləndirmə: 

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. 

Ətraflı məlumat üçün - www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov