Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Akademik Vaqif Abbasov ali məktəb müəllimləri qarşısında mühazirə oxuyub 

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Müəllimlər İnstitutunda (AMİ) ali məktəb müəllimlərinin ixtisasartırma təhsilində maraqlı mühazirələr davam edir. Oktyabrın 1-də AMEA-nın akademiki, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov dinləyicilər qarşısında "Azərbaycan elminin bu günü və sabahı" mövzusunda mühazirə oxuyub.

Akademik V.Abbasov təhsil sahəsində həyata keçirilən islahatlar və onun gələcəkdə təhsilimizin inkişafına təsiri, gözlənilən nəticələr barəsində geniş məlumat verib. İslahatların həyata keçirilməsində müəllimlərin peşəkarlığının rolu və bu sahədə ixtisasartırmanın əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycan elminin aktual problemləri barədə geniş fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov