Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Bu gün Bakıda ilk dəfə Tələbə Forumu keçiriləcək

 

10-11 oktyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci Tələbə Forumu keçiriləcək. Forumda SABAH qruplarında təhsil alan - ölkənin müxtəlif ali təhsil müəssisələrindən 250 nəfərə yaxın tələbənin iştirakı nəzərdə tutulur.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

Tədbir çərçivəsində tələbələr üçün "master class"ların, müxtəlif mövzularda müzakirə panellərinin, idman və əyləncə xarakterli tədbirlərin təşkili nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov