Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olundu

 

 Oktyabrın 3-də Gəncə Dövlət Universitetində 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Professor-müəllim, tədris-köməkçi, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Asif Cavadov müqəddəs peşə sahiblərini Müəllimlər Günü münasibətilə təbrik etdi.

Tədbir iştirakçılarına Beynəlxalq Müəllimlər Günü münasibəti ilə xoş arzularını bildirən universitetin rektoru, professor Yusif Yusibov 5 oktyabr tarixinin həyatımızın əlamətdar günlərindən biri olduğunu, cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il respublikamızda təntənə ilə qeyd edildiyini bildirdi. Müəllim əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyindən və bu qayğının bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edən rektor dedi:

- Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə daim hörmətlə yanaşmış, onların maddi rifahının yaxşılaşdırılması üçün qayğı göstərmişdir. Ulu öndər deyirdi: "Bizim hər birimizin qəlbində müəllimlərimizin hərarəti yaşayır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".

Qeyd edildi ki, respublikamızda yenidən inşa olunan saysız-hesabsız orta məktəb binalarının, ali təhsil ocaqlarının istifadəyə verilməsi dövlətimizin təhsilə olan yüksək qiymətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil islahatı milli təhsilimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

GDU AHİK-in sədri Afaq Qasımova çıxış edərək 21 nəfər qabaqcıl müəllimə pul mükafatını, 4 müəllimə isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanını təqdim etdi.

Sonra universitet rektorluğu tərəfindən 28 nəfər müəllim fəxri fərmanla, 31 müəllim isə "Təşəkkür"lə təltif olundu.

Bayram tədbiri "Göygöl" mahnı və rəqs ansamblının üzvlərinin rəngarəng mahnı çələngi ilə davam etdi. 

Ümbülbanu HACIYEVA,
GDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov