Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Bakı Slavyan Universitetində Misir Mədəniyyəti Günü

 

Oktyabrın 9-da Bakı Slavyan Universitetində Misir Mədəniyyəti Günü keçirilib. Tədbiri giriş sözü ilə  açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq, universitetdə ərəb dili və mədəniyyətinə olan böyük marağın olduğunu söyləyib.  Bildirilib  ki, BSU-da  Avropa ölkələri ilə yanaşı, Şərq ölkələrinin mədəniyyəti və dilləri yüksək səviyyədə tədris olunmaqdadır. Hazırda bu universitetdə ərəb dili müəyyən qruplarda tədris edilir. Ərəb dilinin tədrisi istiqamətində təhsil proqramlarının gələcəkdə daha da genişləndiriləcəyini vurğulayan rektor, tədbir iştirakçılarına Qətər, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Fələstin Muxtariyyəti səfirliklərinin nümayəndələrini təqdim edib.

Misir Ərəb Respublikasının Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Haitham Galal çıxış edərək son 15 ildə Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin gördüyü işlərdən bəhs edib.

Tədbirdə, həmçinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy, AMEA-nın N.Gəncəvi  adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor  İmanverdi Həmidov, Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymur çıxışlarında belə tədbirlərin təşkilinin həm Azərbaycan, həm də ərəb mədəniyyətlərinin qarşılıqlı təması, dünyada geniş yayılması üçün əhəmiyyətini qeyd ediblər.

Tədbir Misir Ərəb Respublikasının Ərəb Musiqisi Ali İnstitutu,  Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti tələbələrinin özfəaliyyət dərnəklərinin Azərbaycan və ərəb dillərində hazırladıqları musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib. Tədbir çərçivəsində universitetin akt zalında Misir mədəniyyətini əks etdirən maraqlı sərgi nümayiş olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov