Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Sumqayıt Dövlət Universiteti 4 TEMPUS layihəsinin iştirakçısıdır

 

Sumqayıt Dövlət Universiteti (SDU) beynəlxalq əməkdaşlıq sahəsində artıq kifayət qədər təcrübəyə malikdir. Belə ki, SDU Avropa İttifaqının 4 TEMPUS layihəsinin iştirakçısıdır.  Bunlardan biri "Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" adlı  TEMPUS layihəsidir.

SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov layihə çərçivəsində Avstriyanın Qraz və Yunanıstanın Makedoniya universitetlərində 3 günlük işgüzar səfərdə olublar.

Görüşlərdə layihə çərçivəsində korluğu olan tələbələr, bələdçilik mövzuları müzakirə olunub, əlil tələbələr üçün texnologiyanın təqdimatı, görmə əlilliyi olan tələbələr üçün kitabxana xidmətləri, əlillərin ehtiyaclarının müəyyənləşdirilməsi və təhlili mövzuları ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

 Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasını  sürətləndirmək və bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir.

Qraz Universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa), European Human Consultancy təşkilatı (Hollandiya) layihənin Avropa təşkilatlarıdır.

Azərbaycan tərəfdən layihənin tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Əlil Təşkilatları İttifaqıdır.

Qeyd edək ki, layihə çərçivəsində əlillərin cəlb edilməsi üçün qaydalar və siyasətin hazırlanması, əlil insanlarla işləmək ücün kadr hazırlığının aparılması, hər bir yerli tərəfdaş universitetdə əlillər üçün mərkəzlərin yaradılması, Azərbaycanın ali məktəblərində əlilliyi olan şəxslər üçün fiziki mühitin inkişaf etdirilməsi, ictimai məlumatlılığın artırılması kimi işlər görüləcək.

Onu da qeyd edək ki, SDU-da artıq əlil tələbələrin təhsil almaları üçün  hər cür şəraiti olan otaq ayrılmışdır.

Layihə üzrə nəzərdə tutulan işlər davam etdirilir. 

  Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov