Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə uğur qazanıblar

 

Dağıstanın Kaspiysk şəhərində yeniyetmə güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından aldığımız  məlumata görə, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak ediblər. Komanda xarakterli yarışda Azərbaycanla yanaşı, Şimali Osetiya, Xasavyurt, Kaspiysk, Kabardin-Balkar və Dağıstanın komandaları mübarizə aparıb. Yarımqrupda Şimali Osetiya və Xasavyurt komandaları ilə birgə mübarizə aparan güləşçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.

Finalda Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan təmsilçilərimiz 2:6 hesabı ilə məğlub olub və  beynəlxalq turniri ikinci sırada tamamlayıblar.

Xatırladaq ki, yarışda ölkəmizi məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq), Oyan Nəzəriani (120 kq) və başqaları təmsil ediblər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edib. 

Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov