Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Məktəbli gimnastların nümunəvi çıxışlarından ibarət qala-konsert

 

Böyütmək üçün şəkili seçinOktyabrın 14-də Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində nümunəvi çıxışlardan ibarət qala-konsert keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkil etdiyi tədbirdə məktəbin yetirmələri idman, həmçinin akrobatika gimnastikası üzrə müxtəlif nümunəvi nömrələrlə bacarıqlarını göstəriblər.       

Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və idman ictimaiyyətinin nümayəndələri gənc gimnastların çıxışlarını izləyiblər.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə müasir idman infrastrukturunun yaradılmasında dövlət başçısı İlham Əliyevin böyük qayğısını qeyd edib. Son illər Azərbaycanda gimnastika idman növünün sürətlə inkişaf etdiyini və idmançılarımızın müxtəlif mötəbər yarışlarda qələbələr qazandığını xatırladan təhsil naziri bu uğurların əldə olunmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışı haqda danışıb. "Bakı-2015" birinci Avropa Oyunlarında da idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyən Altay Həsənov paytaxtla yanaşı, bölgələrimizdə də idman komplekslərinin yaradıldığını xatırladıb. 

1966-cı ildən fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində hazırda 5-16 yaşında 700-yə yaxın şagird məşq edir. Xüsusi olaraq gimnastika təlimləri üçün qurulan məktəb Azərbaycanda bu formatda olan yeganə təhsil müəssisəsidir. Məktəbin yetirmələri arasında dünya və olimpiya çempionları var.

Qeyd edək ki, "Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində  gimnastika yarışları da keçiriləcək. Hazırda Azərbaycan yığma komandası yeni istifadəyə verilmiş Milli Gimnastika Arenasında məşqlərini davam etdirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov