Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Azərbaycan Beynəlxalq 8-ci  "Təhsil" və "Karyera" sərgiləri

 

Böyütmək üçün şəkili seçinOktyabrın 10-da Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgiləri öz işinə başlayıb.

Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid materialların nümayiş olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak edir.   

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu gün Azərbaycanda insan kapitalının inkişafı üçün dövlət, özəl sektor və təhsil ocaqları bərabər çalışır, əməkdaşlıq imkanlarını artırırlar. Bu baxımdan beynəlxalq "Təhsil" və "Karyera" sərgiləri təhsil müəssisələri, biznes dünyası və gənclər arasında dialoqun yaradılması, yeni ideya və layihələrin təqdim edilməsi, səmərəli müzakirələr aparılması üçün geniş imkanlar açır. Ceyhun Bayramov sərgi çərçivəsində təhsil sahəsində reallaşdırılan müxtəlif layihələrin təqdimatlarının keçiriləcəyini də bildirib. Bunlardan biri SABAH qrupları ilə bağlıdır. Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunan SABAH qruplarının yaradılmasının qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətindən irəli gəldiyini vurğulayan nazir müavini qeyd edib ki, bu qruplarda təmsil olunan tələbələr inkişafın Azərbaycan modelinin tətbiq imkanlarını yeni universitet alqoritmi ilə sabaha daşımalıdırlar.

Bu il "Karyera" sərgisi müstəqil layihə kimi və yeni brend altında təşkil olunur. Burada 22 şirkət bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida və kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif edir. İştirakçılar sırasında olan "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən də böyük idman bayramı çərçivəsində həyata keçiriləcək işlərlə bağlı vakansiyalar təqdim olunub.

Sərgi iki gün davam edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov