Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Təhsil Nazirliyində hesabat-seçki iclası

 

Böyütmək üçün şəkili seçinOktyabrın 16-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

Hesabat-seçki iclasında təhsil nazirinin müavini Firudin Qurbanov və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev iştirak ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafı yolundakı müstəsna xidmətləri bütün sahələrdə özünü büruzə verir. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış partiya qısa zamanda xalqın inam və güvənc yerinə çevrildi, sabitliyin və tərəqqinin qarantı rolunda çıxış etdi. Digər sahələrdə çalışanlarla bərabər təhsil işçiləri də Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edir və ümummilli həmrəyliyə layiqli töhfələr verir.

İclasda Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edilib.

Hesabat-seçki iclasında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının müddəalarının icra olunmasında Təhsil Nazirliyinin üzərinə də mühüm vəzifələr düşür. Bütün bu məsələlər təhsil sahəsində çalışanların məsuliyyətini daha da artırır və Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli təşkilinə yol açır.

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi (Xətai-49)  üzrə ərazi ilk partiya təşkilatının sədri seçilib.

Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk təşkilatının hesabatı dinlənilib, idarə heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov