Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Tələbələr arasında "Azərbaycan tarixini öyrənək" mövzusunda müsabiqə keçirilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Azərbaycan Gənclər Beynəlxalq Həmrəyliyi  ictimayi birliyi tələbələr arasında "Azərbaycan tarixini öyrənək" adlı müsabiqə keçirib. Müsabiqə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının "Azərbaycan dili, tarixi, mədəniyyəti  və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların keçirilməsi" bəndinə uyğun olaraq  təşkil olunub. Müsabiqədə 60-dan artıq tələbə iştirak edib. Azərbaycan tarixi ilə bağlı daha çox suala  düzgün cavab verən 25 tələbə ikinci mərhələyə keçib. Sonda 4 nəfər qalib seçilərək müxtəlif  hədiyyələr və diplomlarla mükafatlandırılıb.  

Nərmin QARALOVA,
ADMİU-nun mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov