Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Bakı Slavyan Universitetində Bilik Fondunun təqdimatı

 

Böyütmək üçün şəkili seçinBakı Slavyan Universitetində  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı olub.

Tədbirdə  BSU-nun rektoru, professor Asif Hacıyev çıxış edərək Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli mənəvi, dini dəyərləri təbliğ etmək məqsədi ilə belə bir Fondun yaradılmasının əhəmiyyətini vurğulayıb.

Akt zalında keçirilən tədbirdə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sonda gənclərin  suallarına cavab verən O.Səmədov tələbələri Bilik Fondunun tədbirlərində fəal iştirak etməyə çağırıb.

Təqdimat mərasimində Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı, professor Sahibə Qafarova iştirak edib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov