Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"Təhsilə dəstək" proqramı çərçivəsində tələbələr üçün ingilis dili kursları təşkil edilir

 

bp şirkəti "Təhsilə dəstək" proqramı çərçivəsində neft-qaz sahəsi üzrə təhsil alan birinci kurs tələbələri üçün ingilis dili kursları təşkil edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildiriblər ki, bp şirkəti elm, təhsil sahəsində əhəmiyyətli proqramlar reallaşdırır.

Ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı ali məktəblərdə neft və qaz ixtisasları üzrə təhsil alan tələbələr üçün şirkət tərəfindən "Təhsilə dəstək" proqramı həyata keçirilir. Təhsildə yüksək nəticə əldə edən birinci kurs tələbələri bu proqram çərçivəsində 2 illik ingilis dili kurslarına cəlb edilirlər.

Proqramın uğurla həyata keçirilməsi üçün bp şirkətinin müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərin müvafiq ixtisaslarının əyani şöbələrinə qəbul olunmuş tələbələrin (hər ixtisas üzrə 10 nəfərin) siyahısını müəyyənləşdirib və həmin şirkətə təqdim edib.

Müvafiq ixtisasların adları TQDK-nın saytında yerləşdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov