Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

700 bal toplayan abituriyentlər hansı ali məktəbləri seçirlər?

 

Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərlə bağlı araşdırmalarımız nələri üzə çıxardı?

Ölkəmizdə ilk dəfə 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında 3 nəfər abituriyent 700 bal topladı. Həmin vaxtdan başlayaraq hər il bir neçə abituriyent qəbul imtahanlarında bu möhtəşəm qələbəyə imza atmaqda davam edir. 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə isə 9 abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Hazırda onların sayı 42 nəfərdir. Həmin abituriyentlərin statistikasına nəzər saldıqda görərik ki, adıçəkilən 42 nəfərdən 17 nəfəri oğlan, 25 nəfəri isə qızlardır. Qeyd edək ki, 700 bal zirvəsinə çatan abituriyentlərin əksəriyyəti paytaxt məktəbliləridir. Belə ki, onlardan 28 nəfəri Bakıda yerləşən müxtəlif orta ümumtəhsil məktəblərinin məzunlarıdır. Digər 14 nəfər isə respublikamızın müxtəlif bölgələrinin məzunlarıdır ki, onlar arasında Mingəcevir, Sumqayıt və Naxçıvandan olan abituriyentlər üstünlük təşkil edir. Bu uğuru əldə edənlər ən çox Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır. Belə ki, həmin liseyin 8 məzunu qəbul imtahanlarında ən yüksək nəticə qazanıb. Bundan sonrakı yeri isə 287 nömrəli "Zəkalar" liseyi tutur. Liseyin 3 məzunu 700 bal toplayıb.

İxtisas seçiminə gəldikdə isə 700 bal toplayan 42 nəfərdən 12-si II, 11-i IV, 10-u I, 9-u isə III qrupu seçən abituriyentlərdir. Tələbə adını qazananlar daha çox Qafqaz Universitetinə üstünlük verib. Abituriyentlərdən 14 nəfəri həmin universiteti seçib. Bundan sonra 11 nəfər Azərbaycan Tibb Universitetini, 7 nəfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 5 nəfər Bakı Dövlət Universitetini, 4 nəfər "ADA" Universitetini, 1 nəfər isə Bakı Ali Neft Məktəbinin tələbəsi olmağa üstünlük verib.  

Səhifəni hazırladı: Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov