Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

BSU-nun üç tələbəsi rektorun müşavirləri təyin olunub

 

 Bakı Slavyan Universitetinin mətbuat  xidmətindən  redaksiyamıza  maraqlı  məlumat daxil olub.  Məlumatda  bildirilir ki,  universitetdə  ilk dəfə olaraq  rektor Asif Hacıyevin əmri ilə jurnalistika və Azərbaycan filologiyası fakültəsinin II kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

Gənc müşavir  bildirib ki, bu işdə məqsəd tələbələrin sosial problemlərinin həllinə dəstək olmaq və rəhbərliklə tələbələr arasında sıx əlaqə yaratmaqdır.

Eyni zamanda rektorun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə,  Ayşad Əsgərli  isə  innovasiya texnologiyaları  üzrə rektor müşavirləri təyin olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov