Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Azərbaycana səfər malayziyalı tələbələrdə zəngin təəssüratlar yaradıb

 

Azərbaycanın Malayziyadakı səfirliyində Kebangsaan, Mara Texnologiya və Beynəlxalq İslam universitetlərinin "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri olan tələbələri ilə görüş keçirilib.

AzərTAc xəbər verir ki, görüşdə həmin universitetlərin müəllimləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Səfir Qaley Allahverdiyev cari ilin aprel ayında təşkil olunmuş "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin 10 nəfər qalibinin ölkəmizə səfərinin təşkil edildiyini və Azərbaycan hökumətinin müsabiqə qaliblərinin bütün xərclərini öz üzərinə götürdüyünü bildirib.

Cari il avqustun 24-dən sentyabrın 1-dək Azərbaycanda səfərdə olmuş tələbələr təəssüratları, ölkəmizin qədim mədəniyyəti, təbii gözəllikləri, insanların qonaqpərvərliyi barədə danışaraq, səfərin təşkilinə və onlara göstərilən diqqətə görə Azərbaycanın Malayziyadakı səfirliyinə təşəkkürlərini bildiriblər.

Səfirlikdə tələbələrlə keçirilmiş görüşlə əlaqədar malay dilində gündəlik nəşr olunan "Utusan Malaysia" qəzetində məqalə dərc edilib.

Məqalədə səfir Qaley Allahverdiyevin tələbələr qarşısında çıxışından sitat yer alıb: "Azərbaycan gənc dövlətdir və düşünürük ki, bu tələbələr ölkəmizin dostlarına çevriləcək və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəklər".

Məqalədə malayziyalı tələbələrdən bəzilərinin fikirləri də dərc olunub. Mara Texnologiya Universitetinin tələbəsi ölkəmizin qədim tarixə malik nadir arxitekturası ilə tanış olmaq imkanı əldə etdiyini və bu səfərin onda zəngin təəssürat yaratdığını qeyd edib.

Digər bir tələbə isə Azərbaycanda zəngin tarixi və incəsənət muzeylərinin olduğunu bildirib və malayziyalı turistləri bu gözəl ölkəyə səfərə dəvət edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov