Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək

 

Məhəmməd  Uğur  "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir

Amerikada yaşayan 15 yaşlı  azərbaycanlı məktəbli Məhəmməd  Uğur  ölkə üzrə  keçirilən milli  "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir. Bu yaxınlarda müsabiqənin qalibi olmuş  30 məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir.  Məktəblilər  Ağ evdə ABŞ prezidenti  Barak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd  Uğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur.  Onun atası Uğur Abdulla  Florida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur.  Məhəmmədin  biotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işi  riyaziyyatın tibdə tətbiqi ilə bağlıdır. O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb.  Məhəmməd təhsillə yanaşı idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır. "Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm  müsabiqəsi  hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləri  ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan)  ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçı  arasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov