Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Tələbələr arasında "Nə? Harada? Nə zaman?"  intellektual  oyunu üzrə Azərbaycan çempionatı

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyi  və Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilati dəstəyi,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun tərəfdaşlığı ilə Bakıdakı "Ekselisior" otelində oktyabrın 18-də   Azərbaycan, 19-da isə   rus dillərində  "Nə? Harada? Nə zaman?" intellektual  oyunu üzrə tələbələr arasında 2014-cü il Azərbaycan çempionatı keçirilib.

Açılış mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini  Vasif Məmmədov, baş məsləhətçisi Elnur Əlizadə,   Azərbaycan İntellektual Klublar Assosiasiyasının prezidenti Balaş Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov və digər şəxslər iştirak ediblər. Mərasimi giriş sözü ilə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini  Vasif Məmmədov açaraq iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək  ki, Azərbaycan bölməsi üzrə  hər komandada 6 nəfər tələbə olmaqla 28, rus bölməsində isə hər komandada 6 nəfər tələbə  olmaqla 24 komanda iştirak edib.  Çempionatda 1990-cı ildən sonra anadan olmuş tələbələr təmsil olunub.  Turnir müddəti hər biri 15 sual olmaqla 4 turdan ibarət olub. Bu müddətdə iştirakçılara 60 sual ünvanlanıb. Bütün komandalar eyni zalda, eyni vaxtda oynayıblar. Cavablar yazılı qaydada təhvil verilib. Yarışın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etməkdən, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Qalib komandalara kubok və medallar təqdim olunub. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov