Oktyabrın 17-də Xırdalan şəhərindəki Heydər Əliyev
Mərkəzində yeniyetmələr arasında "Xəmsə" milli
intellektual oyunu üzrə Azərbaycan çempionatının rayon
mərhələsi keçirilib. Abşeron Rayon Təhsil Şöbəsindən
aldığımız məlumata görə, Gənclərin İntellektual İnkişaf
Mərkəzinin və Abşeron Rayon Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə reallaşan yarışın əsas məqsədi
yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü,
zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik
və elmə marağı artırmaq, Azərbaycanın zəngin milli
mədəniyyətinin və tarixinin təbliği, eləcə də
yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili
istiqamətində yeni üsullar tətbiq etməkdir. Bu
mərhələdə 17 yaşa qədər yeniyetmələrdən ibarət 16
komandadan ümumilikdə 80 nəfər bilik və bacarıqlarını
sınayıb.
Yarışmada rayonun 9 nömrəli tam orta məktəbinin "Pənc
Gənc" komandası I, Ceyranbatan 1 nömrəli tam orta
məktəbin "Uğur Gənc" komandası II yeri tutaraq ölkə
çempionatının zona mərhələsinə vəsiqə qazanıblar.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
|