Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"Breyn-rinq" intellektual oyunu keçirilib

 

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında "18 oktyabr-Müstəqillik günü" münasibətilə şagirdlər arasında "Breyn-rinq" intellektual oyunu keçirilib. Oyunda 16 komanda mübarizə aparıb. Nəticələrə görə I yerə Yasamal rayonu "Onside" komandası, II yerə Nizami rayonu "Zəngi" liseyi, III yerə Yasamal rayonu "Dəyanət" liseyi layiq görülüblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015-ci illər)nın icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsini inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən oyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirməkdən ibarətdir. 

Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov