Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilsin.

2. 2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: 

Təşkilat Komitəsinin sədri:

 Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Təşkilat Komitəsinin üzvləri: 

Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri

Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri 

Samir  Vəliyev - Təhsil nazirinin müşaviri    

Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri

Aydın Əhmədov - Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri

Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri

Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri

Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri

Rüfət Əliyev - Pilot layihələrlə iş sektorunun müdiri

Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun  müdiri

Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini 

3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).

4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.

5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov