Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Tələbələr "Azərbaycanımızı kəşf edək" layihəsi çərçivəsində Şəkiyə səfər ediblər

 

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri "Azərbaycanımızı kəşf edək" layihəsi çərçivəsində Şəkiyə səfər edib.

Tələbələr Şəki şəhərində qədimliyi ilə seçilən Xan sarayı, muzeylər, XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi, Alban kilsəsi və digər mədəni-tarixi abidələr ilə tanış olublar.

Sonra tələbələr arasında müxtəlif intellektual oyunlar təşkil edilib və qaliblərə hədiyyələr verilib.

Layihənin əsas məqsədi tələbələrin Azərbaycanın qədim tarixə malik ərazilərinin tarixi, mədəniyyəti və coğrafiyası ilə tanışlıqdır. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov