Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"Etimadı doğrultmağa çalışacağam"

 

Əli Həsən oğlu Məlikov 1998-ci  ildə  Bakıda anadan olub. 2007-ci ildə  Rəşid Behbudov adına 2 nömrəli Onbirillik  Musiqi Məktəbinin tar ixtisası üzrə müəllim Kamil Hüseynlinin  sinfinə daxil olub. İlk günlərdən özünün istedad və bacarığı ilə yaşıdlarından  fərqlənib. O, dəfələrlə məktəb və ümumşəhər  tədbirlərində yüksək göstəricilərə nail olub. Müxtəlif illərdə M.Maqomayev adına  Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Mahnı  Teatrında, Kirxa konsert zalında solo çıxışlar edib. 2010-cu ildə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının xalq  artisti Teymur Göyçayevin rəhbərliyi altında  Dövlət Kamera Orkestri ilə məktəbin şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə  həsr olunmuş konsertdə Əli Məlikov Y.Bramsın "Macar rəqsi"  əsərini  uğurla ifa edib.  Həmin il Uşaq Musiqi və İncəsənət Məktəbi şagirdlərinin Xalq Çalğı Alətləri üzrə II Respublika müsabiqəsində gənc istedad I yerə layiq görülüb.  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konsertində çıxış edərək I dərəcəli diplomla mükafatlandırılıb. 2012-ci ildə vokal sənətinin banisi   Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş musiqi festivalında yüksək səviyyədə çıxış edərək I yerə, Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konsertində isə  diplom və medala layiq görülüb. 2012-ci il  paytaxt məktəblisi  üçün daha uğurlu olub. Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü olan Əli Məlikovun adı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o,  xüsusi aylıq təqaüdə layiq görülüb.

2014-cü il Mədəniyyət və Turizm  Nazirliyinin uşaq və gənclər arasında   xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində müvəffəqiyyətlə çıxış edən Ə.Məlikov II dərəcəli diplomun sahibi olub.

Söhbət zamanı Əli Məlikov yaradıcılıq imkanlarının inkişafı üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür ünvanladı və ona göstərilən etimadı  doğruldacağına söz verdi.

Hazırda gənc istedad  Bakıdakı 7 nömrəli tam orta məktəbin  X sinfində təhsil alır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov