Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Beynəlxalq musiqi festivallarının qalibi

 

Yusif Nadir oğlu Yusifov 24 may 1997-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə  24 nömrəli Uşaq Musiqi Məktəbinə klarnet ixtisası üzrə birinci sinfə qəbul olunub. İlk gündən qeyri-adi istedadı ilə fərqlənib. O, təcrübəli müəllim Vaqif Məmmədovun rəhbərliyi ilə öz səyi və musiqi istedadı sayəsində yüksək nəticələrə nail olub,  rayon, şəhər və respublika səviyyəli tədbir və beynəlxalq müsabiqələrdə uğurla çıxış edib.

İlk uğuruna 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş musiqi müsabiqəsində imza atıb. Gənc yeniyetmə 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan  uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə I dərəcəli diploma layiq görülüb və müsabiqənin laureatı adını qazanıb. Həmin il  Rusiyanın Samara şəhərində MDB  ölkələrinin  Uşaq  Musiqi Akademiyasında Yusif yüksək göstəricilər nümayiş etdirdiyinə görə akademiyanın diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb. TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəstəyi ilə 2012-ci ildə Türkiyənin Konya, Nigde və Kayseri şəhərlərində Türkiyə Uşaq Simfonik Orkestrinin keçirdiyi   konsertlərdə  yeniyetmə ifaçı da iştirak edib. Həmin il Yusif  İslam Dünyası Gənclərinin (20 yaşadək) Bakıda keçirilən klassik musiqi ifaçılarının 1-ci Beynəlxalq festival-müsabiqəsinin laureatı olub  (II yer). O, 2013-cü ildə  Azərbaycan Respublikası Təhsil Nazirliyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən nəfəs və zərb alətləri ifaçılarının  ümumşəhər festivalının da laureatı  olub.

Çoxlu sayda diplomlar sahibi olan Yusif Yusifovun adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2012-ci ildə Azərbaycanın gənc istedadlarının  "Qızıl kitabı"na yazılıb və o,   xüsusi aylıq təqaüdə  layiq görülüb.

Hazırda Y.Yusifov Bakıdakı 136 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır və  bundan sonra da  ölkəmizi beynəlxalq musiqi festivallarında təmsil edəcəyini söyləyir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov