Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Olimpiada qalibləri üçün düşərgə təşkil olunacaq

 

Böyütmək üçün şəkili seçinRusiyanın təhsil və elm naziri  Dmitri Livanov 2014-cü ildə bir sıra ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibi olmuş şagirdləri, tələbələri və onların müəllimləri ilə görüşüb. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, görüşdə bilik yarışlarında qızıl medal qazanmış gənclər və onları riyaziyyat, biologiya, informatika, fizika, kimya, astronomiya kimi fənlər üzrə beynəlxalq yarışlara hazırlamış müəllimlər iştirak ediblər.   D.Livanov qeyd edib ki, məktəblilərin beynəlxalq olimpiadalarda qazandıqları medallar öz əhəmiyyətinə görə ölkənin idman üzrə yığma komandalarının uğurlu çıxışları ilə müqayisə oluna bilər. O qeyd edib ki, Rusiya elm, təhsil və intellektual proqreslə bağlı olan bütün sahələrdə ciddi uğurlar qazanıb. Nazir beynəlxalq bilik yarışmalarına hazırlığın daha da  yaxşılaşdırılması və istedadlı tələbələrin olimpiadalarda müşayiət olunması  məsələsini qaldırıb. Təkliflər çox olub. Fikirləri dinləyən nazir olimpiada qaliblərinin öz aralarında ünsiyyət saxlayacaqları,  istirahət edəcəkləri, asudə vaxtlarını intellektual məşğələlərlə əlaqələndirə biləcəkləri ümumi düşərgənin yaradılması barədə təşəbbüsü bəyənib.  Nazir düşərgədə  Nobel mükafatı laureatlarının mühazirələrinin, musiqiçilərin və yazıçıların çıxışlarının təşkil olunmasını təklif edıb. O, olimpiada qaliblərinin hazırlığı ilə məşğul olan müəllimlər üçün də xüsusi mükafatlandırma sisteminin işlənib hazırlanacağını vəd edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov