Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Naxçıvan Özəl Universitetində  layihənin təqdimatı olub

 

Naxçıvan Özəl Universitetində Qafqaz Universitetinin layihələr şöbəsinin müdiri Üzeyr Bağırovun rəhbərliyi altında ENOTES TEMPUS proqramı çərçivəsində ECDL(Avropa Kompüter İstifadəçi Sertifikatı) layihəsinin tanıtım mərasimi keçirilib. Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışıb, ali məktəbin keçdiyi inkişaf yolu, eləcə də genişlənməkdə olan beynəlxalq əlaqələri barədə məlumat verib.

Qafqaz Universitetinin layihələr şöbəsinin müdiri Üzeyr Bağırov çıxış edərək Enotes TEMPUS layihəsi və ECDL təlim kursları haqqında danışıb. Tələbələrə ECDL sertifikatı və informasiya sahəsi üzrə biliklərin karyera perspektivləri və təhsilin sonrakı pillələrində istər xaricdə təhsil, istərsə də yerli ali təhsil müəssisələrindəki əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib.  Qeyd olunmuşdur ki, ECDL (European Computer Driving Lisence) kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. TEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ECDL milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla da milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya-kommunikasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqi  qarşıya qoyulmuşdur. O da vurğulanmışdır ki, "E-NOTES" layihəsi üç il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək müasir təlim metodları ilə tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının  tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir  metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati kadr potensialının yaxşılaşdırılmasını nəzərdə tutur.

Məlumat üçün onu da qeyd edək ki, layihənin tanıtımı Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda da təşkil edilmişdir. Bundan başqa bir sıra şirkət rəhbərləri ilə də görüşlər keçirilmişdir. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov