Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Azərbaycan Milli Kulinariya komandasının növbəti uğuru

 

 Azərbaycan Milli Kulinariya Mərkəzi oktyabrın 24-də paytaxtdakı "Xanədan" restoranında mətbuat konfransı keçirib.

Konfransda məqsəd bu il 16-19 oktyabr tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilmiş "Balkan kuboku çempionatı" adlı müsabiqədə iştirak edən Azərbaycan Milli Kulinariya komandasının əldə etdiyi uğurları ictimaiyyətə açıqlamaq idi. KİV nümayəndələrinə məlumat verilib ki, çempionatda 14 ölkə iştirak edib. Azərbaycan komandası 7 nəfərdən ibarət olub. 1 nəfər isə ölkəmizi münsiflər heyətində təmsil edib. Komandamız 2 ayrı komanda yarışında (azyaşlı və böyüklər), 13 fərdi yarışlarda mübarizə aparıb.

Yarışlarda müsbət nəticələr əldə edən iştirakçılardan Maksim Qalovin 1 gümüş, 3 bürünc medal, Gülnar Ələsgərova 1 gümüş medal, Aygül Əsgərova 1 gümüş, 1 bürünc medal, Aysel Hüseynova (şirniyyatçı) bürünc medal, 3 diplom (4-cü yer) və İlyas Axundzadə 2 bürünc medal qazanıblar. Gənclərin komanda yarışında İlyas, Aygül və Maksim 3-cü yeri, peşəkarların komanda yarışında isə Gülnar, Aysel və Maksim 4-cü yeri tutublar.

Beləliklə, milli kulinariya komandası 13 fərdi sinifdə 3 gümüş, 7 bürünc medal və 3 diplom alıb. Komanda yarışlarında isə 1 bürünc medal və bir də 4-cü yer qazanılıb.

Konfransda xatırladılıb ki, çempionatda iştirakçılardan bəziləri ayrı-ayrı dövrlərdə texniki peşə təhsili müəssisələrini bitirmiş və bu gün məzun kimi təhsil aldıqları məktəblərin ünvanına şöhrət gətirirlər.

Mətbuat konfransında vurğulanıb ki, bu gün Kulinariya Mərkəzi nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da yüksək reytinqə malikdir. Artıq mətbəximiz 200-ə yaxın ölkədə tanınır və bu proses bu gün də uğurla davam etdirilir. Bu da dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. 

Vüqar SƏLİMOVA,
Rəna RÜSTƏMOVA,
"Sənətkar" jurnalının əməkdaşları

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov