Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Azərbaycan Texniki Universitetində yeni mərkəz açılıb

 

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) Layihələrin idarə olunması və İnnovasiyalar Mərkəzinin açılışı olub.

AzərTAc xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov mərkəzin açılışının 1 noyabr - Dünya Layihə Menecerləri Gününə təsadüf etdiyini bildirib. Rektor qeyd edib ki, Azərbaycanda bu gün AzTU-nun nəzdində yeni mərkəzin istifadəyə verilməsi ilə əlamətdar olacaq, universitet üçün, eləcə də respublikamızın layihə menecerləri üçün sevindirici hadisə kimi yadda qalacaqdır. O, toplaşanları həmin gün münasibətilə təbrik edib.

H.Məmmədov Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası Azərbaycan nümayəndəliyinin (AzPMA) bu mərkəzin yaradılmasında xüsusi təşəbbüskarlıq və metodoloji dəstək göstərdiyini diqqətə çatdırıb.

Respublikamızda bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyən H.Məmmədov bildirib ki, dünyada qloballaşma və virtuallaşma proseslərinin getdiyi bir dövrdə Azərbaycanda ilk dəfə AzTU-da belə bir mərkəzin açılması xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə bu mərkəzdə irimiqyaslı birgə beynəlxalq layihələrin həyata keçiriləcəyi qeyd olunub.

Açılış mərasimində AzPMA-nın prezidenti, professor İqbal Babayev mərkəzin əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə geniş məlumat verib. Bildirilib ki, mərkəzin fəaliyyəti layihə menecmenti üzrə beynəlxalq standartların ölkəmizdə tətbiqi və onun metodologiyasının öyrənilməsi, tələbələrlə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi məqsədilə elmi körpünün yaradılması, gənc alim və mütəxəssislər üçün layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsinə şəraitin yaradılması ilə bağlıdır.

Tədbirdə AzPMA-nın standartlarına uyğun sertifikatlaşdırma proqramını müvəffəqiyyətlə başa vurmuş və imtahandan müsbət nəticə əldə etmiş yerli mütəxəssislərə "Layihə meneceri" beynəlxalq dərəcəli diplomlar təqdim olunub.

Mərkəzin fəaliyyətində ilk addım kimi burada Azərbaycanın beynəlxalq dərəcəli sertifikatlaşdırılmış layihə menecerləri və "Layihə menecerləri klubu" üzvlərinin görüşü çərçivəsində "Gələcəyə baxış: təşkilatın davamlı inkişafında layihə menecmentinin rolu" mövzusunda seminar keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov