Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndə heyəti Fransada rəsmi səfərdə olub

 

Böyütmək üçün şəkili seçinBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sarbonna Abu Dabi (PSAD) Universitetində olublar.

PSAD-da keçirilən tədbirdə BŞTİ-nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış edib. Çıxışı zamanı Elnur Əliyev Azərbaycanda təhsil sahəsində qazanılan uğurları, bu sahədə gedən inkişaf proseslərini, son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən mühüm işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından bəhs edən Elnur Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışıb. Azərbaycan təhsilinin son illər yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Elnur Əliyev təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlərdə ilk növbədə milli-mədəni dəyərlərin, ənənələrin qorunub saxlanıldığını, eyni zamanda qabaqcıl ölkələrin təhsil sistemlərinin təcrübəsinin öyrənildiyini və müasir tələblərin nəzərə alındığını qeyd edib.

Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılıb və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulub.

Böyütmək üçün şəkili seçin

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov