Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Məktəbdə bayraq və konstitusiya günləri qeyd edilib

 

Böyütmək üçün şəkili seçinBakının Nizami  rayonunda yerləşən 229  nömrəli tam  orta məktəbdə Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib. Məktəbin həyətində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütovlüyü, torpaqlarımızın qorunması uğrunda   canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə məktəbin "Şahinlər" komandasının marşı ilə təntənəli şəkildə Dövlət bayrağı gətirilib və zirvəyə qaldırılıb.  Tədbiri giriş sözü ilə məktəbin direktoru Fəridə Bağırova  açaraq qonaqları, müəllimləri və şagirdləri bu iki bayram münasibəti ilə təbrik edib. O, Dövlət bayrağı  və Konstitusiya günlərinin yaranma tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.  Ümummilli lider Heydər Əliyevin  misilsiz xidmətlərindən, humanizm və milli birlik ideyalarından söz açılıb.

Tədbirin aparıcıları IX sinif şagirdləri  Ofeliya Nəbiyeva,  Nəzrin Babayeva  ölkə başçısı cənab İlham Əliyevin güclü siyasəti sayəsində Azərbaycanın Dövlət bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə bildiriblər.

Məktəbin IX sinif şagirdlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, şeirlər səsləndirilib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov