Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Tələbələr məktəbdə tədbir keçiriblər

 

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbələri pedaqoji təcrübədə olduqları Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir keçiriblər.

Əvvəlcə məktəbin foyesində maarifçi və şair Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığından bəhs edən kitab və qəzetlərin sərgisi nümayiş olunub.

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Salayeva  böyük ədibin həyat və fəaliyyətindən danışıb. Direktor, həmçinin tələbələrin pedaqoji təcrübənin gedişi zamanı göstərdikləri fəallıqdan, hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  rolundan danışaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə bildirib ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də yaratdığı əsərlər, elm öyrətməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Bu baxımdan tələbələrin mövzu ilə bağlı hazırladıqları tədbir xüsusi əhəmiyyətə malikdir.

Sonda Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Məhəmməd Tağı Sidqinin şeirləri bədii qiraət olunub. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov