Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Azərbaycanın Milli Qəhrəmanı yad edilib

 

 Bakı Slavyan Universitetində Azərbaycanın Milli Qəhrəmanı, təyyarəçi Əsəd Əsədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra  BSU-nun rektoru, professor Asif Hacıyev  vətən yolunda canından keçən Milli Qəhrəmanın  döyüş  yolundan danışıb. Qeyd olunub ki, 1992-ci ildə Xocalıda mənfur ermənilər tərəfindən törədilmiş qanlı hadisələr zamanı təyyarəçi Əsəd Əsədov mərdlik göstərib. 1993-cü il oktyabrın 29-da Zəngilanın işğalı zamanı şəhid olaraq  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Anım  tədbirində çıxış edənlər  şəhid Əsəd Əsədovun Vətən yolunda göstərdiyi qəhrəmanlığından söhbət açıblar.

Şəhidin ailə üzvləri və qohumları belə bir tədbiri təşkil etdiyinə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov