Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Qəbələdə şagirdlərə yol hərəkəti qaydaları öyrədilir

 

Qəbələ Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan  məlumatda  bildirilir ki, şagirdlər yol hərəkəti qaydaları barədə məlumatlandırılıblar. Şəhər 1 nömrəli  orta məktəbdə bununla bağlı keçirilən tədbirdə çıxış edənlər yol-nəqliyyat hadisələrinin və təhlükəli davranış vərdişlərinin qarşısının alınması istiqamətində məktəblilərin maarifləndirilməsinin vacibliyindən danışıblar. "Yol hərəkəti qaydaları haqqında" Qanunun əsas müddəaları barədə iştirakçılara məlumat verilib, avtomobil sürücülərinin, velosipedçilərin və piyadaların üzərinə düşən vəzifələr izah edilib.

Rayon polis şöbəsinin yol polisi bölməsinin və "RR-77 Avto Klub" İctimai Birliyinin əməkdaşları yol hərəkətində şagirdlərin davranış qaydalarından danışaraq bildiriblər ki, bütün məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, onlar küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizam qaydalarına ciddi əməl etməlidirlər. Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı videoçarx da göstərilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov