Tovuz Rayon Təhsil Şöbəsindən verilən məlumatda
bildirilir ki, təhsil ocaqlarında kurikulumun tətbiqi
ilə bağlı ayrı-ayrı fənlər üzrə kurslar təşkil edilib.
Dərs deyən müəllimlərin bu kurslarda iştirakı tam
təmin edilib. Ümumtəhsil məktəblərində işləyən qabaqcıl
müəllimlərin nümunəvi "açıq dərs"ləri təşkil edilib.
Məktəblərdə XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda
müstəqil Azərbaycan Respublikasının tarixinə aid
seçilmiş mövzuların tədrisi planlaşdırılıb.
Hazırda V-VII siniflərdə dərs deyən və indiyə qədər
kurslardan keçməyən müəllimlərin fənn kurikulumlarının
tətbiqi sahəsində nəzəri və praktiki hazırlığı üçün
təlim kursları təşkil olunub. Bu gün müəllimlərin
daha yaxşı işləmələri üçün rayonun məktəblərində hər cür
şərait yaradılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |