Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Qubada şahmat üzrə Respublika çempionatının final mərhələsinin açılışı olub

 

Böyütmək üçün şəkili seçin Noyabrın 2-də Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində şahmat üzrə Respublika çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

Çempionatın final mərhələsi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra mərasimi açıq elan edən Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Qüdrət İsmayılov yarışın yüksək səviyyədə təşkilinə görə Təhsil Nazirliyinə iştirakçılar adından təşəkkürünü bildirib. Qeyd olunub ki,  yarışda 6 yaş qrupu üzrə 36 rayondan 37 komanda öz qüvvələrini sınayır. 163 şahmatçının qatıldığı yarış FİDE qaydalarına əsasən 7 turdan ibarətdir.   

Noyabrın 10-dək davam edəcək yarışın ilkin seçim mərhələsi Azərbaycanın müxtəlif rayonlarında yerləşən uşaq-gənclər şahmat məktəblərində keçirilib. Zona yarışlarının qalibi seçilmiş şahmatçılar final mərhələsində iştirak edir. Yarışda I yeri tutanlar Tailandda, II yeri tutanlar isə Türkiyədə məktəblilər arasında keçiriləcək dünya və Avropa çempionatlarına vəsiqə qazanacaqlar.

Mərasimdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov, "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov,  Quba Rayon Təhsil Şöbəsinin müdiri Yusif Abidov belə tədbirlərin əhəmiyyətindən danışaraq məktəbli şahmatçılara uğurlar arzulayıblar. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov